İşğal dövründə Füzulidə 57 hektar meşə sahəsi qırılıb
Vaxtilə rayon ərazisində təbiət abidəsi statusuna malik 11 ədəd şərq çinarı olub və bu ağacların hamısı işğal dövründə məhv edilib. Ermənilər yaşı yüz illərlə ölçülən bu ağacları kəsməklə yanaşı onların kötüklərini də yandırıblar.
Vüqar Kərimov vurğulayıb ki, təbiət abidəsi kimi dünyanın irs siyahısına daxil olmuş və 1800-2000 yaşlı çinarların ermənilər tərəfindən yandırılması yalnız Azərbaycana qarşı deyil, həm də dünyaya qarşı ekosid hərəkətdir.
Azvision.az