Daha 2091 nəfər koronavirusdan sağaldı

   Daha 2091 nəfər koronavirusdan sağaldı
  04 May 2021    Oxunub:3433
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 963 yeni yoluxma faktı qeydə alınıb, 2091 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 322 min 761 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 296 min 875 nəfər müalicə olunaraq sağalıb, 4597 nəfər vəfat edib. Aktiv xəstə sayı 21289 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 328, ötən müddət ərzində isə ümumilikdə 3 279 163 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti