Dördayaqlı "mələk"lər: İtlər insanları necə xilas edirlər?

// Kinoloq "Heç bir texnika onları əvəz edə bilməz" deyir

 Dördayaqlı "mələk"lər:  İtlər insanları necə xilas edirlər?
  14 Fevral 2023    Oxunub:7093
Türkiyənin 10 əyalətini sarsıdan zəlzələ nəticəsində dağıntılar altında qalanların axtarış-xilasetmə işlərində müxtəlif ölkələrdən gələn xilasedicilərlə yanaşı, xüsusi təlim görmüş itlər mühüm rol oynayırlar. Dördayaqlı dostlarımız haqlı olaraq günün qəhrəmanlarından birinə çevriliblər. Onların bəziləri hətta insanları qurtararkən özləri həlak olublar.
Xilasetmə işlərinə kömək məqsədilə Azərbaycandan Türkiyəyə FHN-in çevik xilasetmə qüvvələri ilə yanaşı, 8 xüsusi təlim görmüş it də göndərilib. Bu itlər necə yetişdirilir, təlim verilir və insanları necə xilas edirlər?
17 ildir kinoloji sahədə işləyən Xüsusi Riskli Xilaetmə İdarəsinin Kinoloji taborunun Kinoloji qrupunun rəisi kapitan Aslan Orucov AzVision.az -a müsahibəsində bu və digər suallara aydınlıq gətirib.

- Kinoloji taborda təkcə ucqun, dağıntı altında qalan insanların xilas edilməsi üçün deyil, həm də partlayıcı maddələrin, minaların axtarışı, mühafizə üzrə itlərin hazırlanması həyata keçirilir,- Kapitan bildirib.- Onlar iki xidməti itin cütləşməsindən alınan küçüklər arasından seçilir və partlayıcı maddələrin, yaxud insanların axtarışı üzrə çeşidlənir. Hər istiqamət üzrə küçüklər 2 ayından təlimçilərə təhkim edilir və 7-8 ayına qədər onlarla sosiallaşma dövrü keçilir. Məsələn, cəsəd, insan axtarmaq üçün təlim keçiləcək küçüklər dağlıq-meşəlik ərazilərdə, uçqun-dağıntı yerlərində sosiallaşdırılır. 7-8 ayından sonra xüsusi təlimlərə başlayırıq. Xüsusi təlimlər itin xarakteri və cinsindən asılı olaraq dəyişir. 5 ay, hətta 1 ilə qədər uzana bilər. İt tam hazır olduqdan sonra xidmət etdiyi dövr ərzində peşəkarlıq səviyyəsinin artırılması üçün daim təlimlərdə olur. Onun iş vərdişlərini daha mükəməlləşdirmək üçün çalışırıq


Bu yazıları da qaçırmayın:
Tektonik silah yaratdığı deyilən azərbaycanlı alim indi haradadır? | MƏXFİ QOVLUQ
Müharibədə “Zenit qarşıdurması” başlayır – ŞƏRH
Düşmənin cibində: Ruslar Ukraynaya silah göndərən şirkətlərə pul qoyurlar

Aslan Orucov mərkəzdə olan itlərin alman, Belçika çoban itləri və müxtəlif cins ov itləri - rus, ingilis tulaları və labrodorlar,- olduğunu qeyd edib. Eləcə də, dağıntılar zamanı balaca rus spanierləri, "kral", "ingilis" spanierlərdən istifadə edilir. Balaca itlər dağıntıların arasında rahat hərəkət edə bilirlər. Onlar böyük itlərin, xilasedicinin keçə bilmədiyi yerlərə gedirlər. Oradan hürərək insanın olması barədə məlumat verirlər. Eləcə də çəkiləri az olduğu üçün uçqun dağıntı üzərində gəzdikdə əlavə təhlükə yaratmırlar. Ağır itlər uçqun, dağıntı yarada bilir.


İnsan və ya cəsəd axtaran itlər hürərək məlumat verirlər. Ümumiyyətlə itlərin bütün istiqamətlərdə fərqli siqnal vasitələri olur. Partlayıcı maddələrin tapılmasında səs siqanllarından istifadə edilmir. İt partlayıcı maddəni tapdıqda oturaraq və uzanaraq bildirir. Çünki hərəkət edər və ya hürərsə həmin partlayıcı qurğu səsdən işə düşə bilər.

A.Orucov bildirib ki, Türkiyədə zəlzələ bölgəsinə uçqun və dağıntılar nəzərə alanaraq, spanierlər və labrador cinsli itlər göndərilib. Hər iki cins itlərimiz bazada çox yaxşı təlim keçiblər. Bir çox insanların sağ çıxarılmasında xilasedicilərimizlə yanaşı, itlərimizin də fəaliyyəti böyük olub. İtlərimizdən zədələnənlər yoxdur. Eyni zamanda yorğun deyillər və son insanın axtarışı başa çatanadək qədər işləmək gücündədirlər.


- Bəs itlər dağıntılar altından insanın sağ olmasını necə bilirlər?
- İtlər 150-200 metr məsafədən insanın səsisini, qoxusunu, ürək döyüntüsünü hiss edə bilir. O səsi biz eşitməyə bilərik. Amma itlər hiss edirlər. İtlərin verəcəyi məlumatı heç bir texniki vasitə verə bilməz. Uçqun və dağıntılar altında insanların çıxarılmasında itlərin rolu böyükdür.

Aytən Zəhra
AzVision.az

Bunlar da sizə maraqlı ola bilərlər:
ABŞ əlindən gələni boş qaba çəkir. "Uçan boşqab"a
“Tehranın razılığı olmadan səfirliyə hücum baş verə biməzdi” – Lativiyalı ekspert (VİDEO)
Gələcəyin energetikası: Hidrogen “yeni benzin” olacaqmı?! – Müsahibə+Video


Teqlər: Kinologiya   İtlər  





Xəbər lenti