"Rövşanəyə ehtiyacım yoxdur, o qədər səviyyəli verilişlər var ki..." - İlkin Əhmədov

   "Rövşanəyə ehtiyacım yoxdur, o qədər səviyyəli verilişlər var ki..." -    İlkin Əhmədov
  11 Aprel 2023    Oxunub:14698
"Space səhər" verilişində xoşagəlməz anlar yaşanıb. Proqramın qonağı olan Əməkdar artist İlkin Əhmədov efirə gecikib və verilişin bitməsinə 10 dəqiqə qalmış studiyaya daxil olub.
Bundan əsəbiləşən aparıcı Rövşanə Ağasəfqızı xanəndəni sərt tənqid edib və onu canlı efirə buraxmayıb.

"Respublikanın Əməkdar artistidir, məsuliyyət sıfırdır. Sənə hörmət edib, əziz bilib dəvət etmişik. Gələ bilmirdinsə, deyərdin zamanım yoxdur. Nə çox müğənni. Efirə çıxmaq üçün ürəkləri gedir. Bu qədər tıxac olur? Hər kəs səhər 6-dan oyanıb efirə gəlib. Bu, hörmətsizlikdir. Nə haqla efirimizi boş qoyursan? Gələ bilmirdinsə, əvvəlcədən deyərdin. Əməkdar artistsən, ölkənin təmsilçisisən. Səni hörmətli bilib efirə dəvət etmişik. Efirin bitməsinə az qalıb, gəlsən belə studiyaya girməyə ehtiyac yoxdur. Sənə heç vaxt hörmətsizlik etməmişik, illərin aparıcısı burada dayanıb, bir azdan efir bitir. 2 saat İlkin üçün vaxt ayırmışıq, onun 10 dəqiqə qalmış bura gəlməsi lazım deyil", - aparıcı narazılığını bildirib.



AzVision.az -a danışan xanəndə İlkin Əhmədov tıxaca düşdüyünü və bu səbəbdən gecikdiyini deyib.

"Saat 8-də evdən çıxdım. "Dərnəgül yolu"nda ( Ziya Bünyadov prospekti) tıxaca düşdüm. Bu səbəbdən də efirə 9:25-də gedib çatdım. Verilişin produsseri məndən saat 8-də efirdə olmağımı xahiş etmişdi. Mən ona bildirdim ki, gərgin iş prosesində oluram, gecə az yatıram, həmin vaxtı orada olmaq alınmayacaq. Daha sonra razılaşdıq ki, saat 9-da efirə qatılım. İş elə gətirdi ki, tıxaca düşdüm və gecikdim. Rövşanə xanım da əsəbiləşdi ki, "bu vaxtı adam gələr, qayıt çıx get. Xalqa hörmətsizlik edirsən" vəs.

Bu ifadələr bilirsiniz də hansı mənaları kəsb edir. Bunun üzərinə düşərəm də, axıra kimi gedərəm də. Belə sözləri işlədən cəzasını alar. Sadəcə xanımdır, nə deyim? Xalqa ancaq mənfur düşmən hörmətsizlik edir. Məni sən niyə belə təhqir edirsən? Sənə hörmətsizlik etmişəmsə, denən ki, hörmətsizlik etdin, mən də üzr istəyim. Amma xalqın adından danışma.

Efirdən sonra Rövşanə danışmadıq. Ona niyə zəng edim ki? Elə bir maraqlı münasibəti var idisə, yığıb desin ki, səni nəyi var tənqid etdim, niyə gecikdin? Mən də izah edim.

Saat 7-dən durub "Space"in qabağında durardım? Mən onlara vaxt çatışmazlığı olduğunu demişdim. Mənim nəyimə lazımdır ki, durub yalvarım ki, efirə çıxart məni. Onun kimi veriliş aparıcılarına, verilişinə ehtiyacım yoxdur. O qədər dövlət kanallarımızda səviyyəli verilişlər var ki".



Şahanə Rəhimli
AzVision.az


Teqlər: İlkinƏhmədov  





Xəbər lenti