Yanı daha gözəl deyil: Əsgərimizin yaraladığı polkovnik Gözəlyan əslində kim imiş...
Başqa sözlə desək, Əsgərimizin Gözəlyanı arxasından yaralayaraq “aşsüzənə” döndərməsi həm ermənilərin xüsusi təyinatlı ordu korpusunu, həm də bu korpusa tabe olan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarını başsız qoyub.
Dığda baş verənlərə görə “günah keçisinin” axtarışlarının nəticəsi olaraq 2020-ci il oktyabrın 26-dan Ermənistan MTN-nin Sərhəd Qoşunlarının komandanı təyin edilən polkovnik Arman Maralçyan tutduğu vəzifədən azad edildi. Polkovnik Gözəlyan arxasından ağır yaralanmasaydı, Nikol yəqin ki, onu da vəzifədən azad edəcəkdi. İndi Ermənistanın Baş Qərargah rəisi vəzifədən azad edilmə növbəsinin ona çata biləcəyindən narahatdır.
Nə isə. Nəticə etibarilə ermənilərin yenə “unikal və analoqsuz” hərbi struktur yaratdıqları ortadadır. Adətən bütün dünyada korpus qoşunun ya xidmətin tərkibində olur, ermənilərdə isə tərsinədir. İstənilən halda, kim kimin tərkibində, düzünə ya tərsinə olmasına baxmayaraq, Əsgərimiz üçün həddini aşan düşməni “tərsinə yəhərləmək” məsələsi aktual olacaq. Ən azı sülh müqaviləsi imzalanana və sərhədlər delimitasiya olunana qədər. Sonrasına baxarıq.
Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün
Teqlər: Ermənistan Dığ Təxribat