Erməni polkovnik: "Artıq qızlarımız da məktəblərə narkotik gətirirlər"

      Erməni polkovnik:    "Artıq qızlarımız da məktəblərə narkotik gətirirlər"
  02 May 2023    Oxunub:4426
"Dövlət əvvəllər mövcud olmuş “məktəb müfəttişi” institutunu bərpa etməli, həmçinin məktəbdə narkotiklərin yayılmasının qarşısını almaq üçün ən qısa zamanda strateji proqram hazırlamalıdır".
AzVision.az xəbər verir ki, bu fikri Ermənistan Polisinin Baş Cinayət Axtarış İdarəsinin yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi və məişət zorakılığı ilə mübarizə şöbəsinin keçmiş rəisi, polkovnik Nelli Duryan deyib.

SEPAH-ın Ermənistanla narkotik ticarəti - ARAŞDIRMA
Erməni uşaqların təhsil müəssisələrində rahat şəkildə narkotiklərə əllərinin çatmasından gileylənən Duryan gələcəklərinin təhlükədə olması ilə bağlı həyəcan təbili çalıb.

O, xatırladıb ki, on il əvvəl məktəb müfəttişlərinin tətbiqi üçün pilot proqram həyata keçirilib və bu layihə uğurlu olubmuş. Erməni polkovnik narkotiklərin azyaşlılar vasitəsilə məktəblərə qədər "ayaq açması"nı qorxulu hal kimi qiymətləndirib.

"Əgər biz əvvəllər azyaşlı qızın məktəbdə narkotikdən istifadə etməsini və ya yayması hallarını təsəvvür belə etmirdiksə, hazırda bu, reallığa çevrilir. Bütün bunları nəzərə alaraq, biz profilaktik işlər aparmağa borcluyuq", - eks-məmur qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Narkotik  





Xəbər lenti