Naxçıvan universitetində mövcud olmuş nöqsanlar açıqlandı

Naxçıvan universitetində mövcud olmuş nöqsanlar açıqlandı
  13 Oktyabr 2023    Oxunub:1267
Naxçıvan Dövlət Universitetində əvvəlki dövrdə bir çox sahələrdə nöqsanlar olub. Hesablama Palatasının audit yoxlamasının nəticələri bu nöqsanlarla bağlı olub.
AzVision.az xəbər verir ki, bunu Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, nöqsanlar əsasən təhsil haqqı, tikinti sahəsində olub:

"Bizə verilən müddət ərzində irad və nöqsanları cavablandırmağa çalışacağıq. Auditin nəticələrinə təhsil haqqı borcları əsasən universitetə qəbul olub, gəlməyən əcnəbi tələblərlə bağlı olub. Onlar gəlməsələr də, adları qalmışdı. Sonra biz onların adını hissə-hissə çıxartmağa başladıq.
Bəziləri də var ki, təhsil vermişik, amma onlar təhsil haqqını ödəməyib".

Qeyd edək ki, sentyabrın 6-da Hesablama Palatası Naxçıvan Dövlət Universitetində 2021-2022-ci illəri əhatə edən audit yoxlaması aparıb.
Universitetdə ümumilikdə 5 ədəd doldurulmuş diplomun qeydə alınmadığı, həmçinin 1997-2020-ci illəri və müxtəlif təhsil səviyyələrini əhatə edən doldurulmadan 185 ədəd diplom saxlanıldığı aşkar olunub. Əcnəbi tələbələrin təhsil haqqı üzrə borcunun 6 milyon 985,1 min manat təşkil etdiyi müəyyən edilib
AzVision.az



Teqlər: Universitet  





Xəbər lenti