“İslahatların daha da dərinləşəcəyi gözlənilir”

   “İslahatların daha da dərinləşəcəyi gözlənilir”
  16 Oktyabr 2023    Oxunub:1119
“Azad edilən Qarabağ yenidən bərpa edilir və tezliklə Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomotivinə çevriləcək. Böyük sənaye, aqrar, xidmət, o cümlədən turizm potensialı olan Qarabağ ölkə iqtisadiyyatının inkişafına xüsusi töhfə verəcək”.
Bu barədə iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib. “İşğaldan azad olunan ərazilərimizin Azərbaycan iqtisadiyyatında əlavə olaraq 10 milyard manata yaxın yeni dəyər formalaşdıracağı gözlənilir.

“Azərbaycan yeni mərhələyə qədəm qoyur. Qarabağda bərpa və yenidənqurma ilə yanaşı islahatların daha da dərinləşəcəyi və dayanıqlı iqtisadi artımın güclənəcəyi gözlənilir. Bu ölkə tarixində yeni səhifənin açılması deməkdir”.

AzVision.az


Teqlər:





Xəbər lenti