“Ermənistan KTMT-dən çıxacaq” – Rusiyalı ekspert

   “Ermənistan KTMT-dən çıxacaq” –    Rusiyalı ekspert
  13 Noyabr 2023    Oxunub:7589
“Güney Qafqazda vəziyyət və vaxtilə Qarabağ münaqişəsində iştirak edən ölkələrin mövqeləri kəskin şəkildə dəyişib. Ermənistanın məğlubiyyəti və zəifləməsi göz qabağındadır. İrəvan bununla barışmamaq üçün hər şeyi edəcək. Öz xeyrinə müəyyən dəyişikliklər etməyə çalışacaq. Ermənistanın müttəfiqləri və ya özünü onun müttəfiqi adlandıranlar da hərəkətə keçəcəklər”.
Bu sözləri AzVision.az-a açıqlamasında rusiyalı hərbi-siyasi analitik, strateji təhlükəsizlik sahəsində ekspert, Yaxın Şərq və Afrika üzrə mütəxəssis Vladimir Bekiş deyib. Onun fikrincə, belə şəraitdə Ermənistan Fransa, İsrail, Amerika və NATO ilə hərbi əməkdaşlığı artırmaq üçün mümkün olan addımları atacaq.


“Əminəm ki, Ermənistan KTMT-dən çıxacaq. Həm də tezliklə. Çünki oradan çıxması Ermənistanın Qərbdəki müttəfiqləri ilə genişmiqyaslı hərbi əməkdaşlığına yol açır. Amma düşünürəm ki, Aİİ-dən çıxmağa hələlik tələsməyəcək. Aİİ üzvləri ilə iqtisadi və maliyyə əməkdaşlığının faydaları nə qədər az olsa da, pul şirin şeydir”,- Bekiş bildirib.

Samir Quliyev
AzVision.az




Teqlər: KTMT  





Xəbər lenti