Sorğu: ABŞ sakinlərinin əksəriyyəti “Amerika arzusuna” inanmır
Eyni sorğuda respondentlərin təxminən yarısı Amerikada həyatın 50 il əvvəlkindən daha pis olduğunu bildirib. Bundan əlavə, respondentlərin təxminən 50%-i ölkənin iqtisadi və siyasi sistemlərinin onların maraqlarına zidd hərəkət etdiyinə inanır.
Ölkənin gənc nəslinin nümayəndələri də "Amerika arzusu"na inamlarını itiriblər: yaşı 50-dən aşağı olan respondentlərin yalnız 28%-i zəhmətlə karyera qura biləcəklərinə inanır. Yaşı 65-dən yuxarı olan respondentlərin yalnız 48%-i bu fikri bölüşür.
The Wall Street Journal həmçinin NBC News-un əvvəlki sorğusuna istinadən xatırladıb ki, ölkə sakinlərinin 19%-i övladlarının həyat keyfiyyətinin yaxşılaşacağına əmindir: bu rəqəm 1990-cı ildən bəri ən aşağı göstəricidir. Qeyd edək ki, oktyabrın 19-dan 24-dək keçirilən sorğuda ümumilikdə 1163 nəfər iştirak edib.
AzVision.az
Teqlər: