Kreml işğal etdiyi torpaqlara görə xeyli qurban verməyə hazırdır - "Foreign Affairs"

Kreml işğal etdiyi torpaqlara görə xeyli qurban verməyə hazırdır -    "Foreign Affairs"
  24 Noyabr 2023    Oxunub:1882
"Rusiya müharibədə məqsədlərinə çatmaq üçün qeyri-ənənəvi döyüş üsullarından, o cümlədən PUA və raketlərdən yararlanmaqla Ukraynanın enerji infrastrukturuna hücumlar zamanı uğurlar qazanır".
Bu fikirlər Foreign Affairs (FA) jurnalında dərc olunan məqalədəndir.

Müəllif yazır ki, Rusiya ənənəvi döyüş üsullarından istifadə etməklə yanaşı, özünün müdafiə xəttini qoruyub saxlamağa da köklənib.

Ukraynalılar sülh naminə ərazilərin güzəştinə hazırdılar - "Bloomberg"
"Rusiya Federasiyası hərbi strategiyaları qeyri-ənənəvi üsullarla birləşdirə bildi. Onlardan biri Ukraynanın enerji infrastrukturunu məhv etmək üçün pilotsuz uçuş aparatlarından və raketlərdən istifadə etməkdir. Ukraynalılar təslim olmaqdan imtina etdiyi halda, Rusiyanın hücumları artıq Ukrayna iqtisadiyyatını məhv edib”, - nəşr yazıb.

Müəllif belə hesab edir ki, Rusiyanın strateji uğurları Kiyevə hərbi dəstəyin sürətini əhəmiyyətli dərəcədə zəiflədib. Bu həm də son zamanlar NATO üzvü olan ölkələrdən Ukrayna Silahlı Qüvvələrinə gələn silah və texnikaların tədarükünün azalmasına səbəb olub: "Son altı ayda bir çox tanınmış Qərb analitikləri Rusiya və Ukraynanın artıq danışıqlara başlamalı olduğunu bəyan edirlər. Onların fikrincə, Rusiya ilə razılaşma qaçılmazdır. Kremlin qoşunlarını geri çəkməyi nəzərdən keçirəcəyinə dair çox az işarə var və onlar işğal etdikləri torpaqları əldə saxlamaq üçün çoxlu sayda insanı qurban verməyə hazırdılar. Kremlin ordusu Kiyevin itirdiyi torpaqları geri qaytara bilməməsi üçün xeyli sayda minalar da yerləşdirib".

Məqalədə qeyd edilir ki, Rusiya üçün münaqişələrin məqsədi həmişə düşmən ordusunu məğlub etmək olmayıb. Kreml münaqişələrlə həm də öz qonşuları üzərində daha çox təsirini və hegemonluq gücünü artırmağa çalışır. Yaxud da, müharibələtə NATO kimi Rusiyaya qarşı olan ittifaqları, eləcə də dövlətləri zəiflətmək üçün gedir.

Qeyd edək ki, son günlər Qərb mediasında Ukraynanın cəbhədə uğursuzluğa düçar olmasına dair silsilə yazılar dərc edilir. Hətta məşhur “The Guardian” qəzeti ötən həftə Vladimir Putinin Ukraynada qələbə qazandığını yazmışdı. Məqalə müəllifinin fikrincə, hazırda bütün dünyanın diqqəti İsraillə Fələstin arasında alovlanmış müharibəyə yönəlib.

"Bloomberg" nəşri isə ukraynalıların artıq Rusiya ilə sülh naminə ərazi güzəştlərinə getməyə hazır olması barədə yazmışdı. Məqalə müəllifi aparılan sorğu məlumatlarının təhlili nəticəsində belə qənaətə gəlib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Müharibə  





Xəbər lenti