İranda daha bir rejim əleyhdarı həbs olunub

İranda daha bir rejim əleyhdarı həbs olunub
  24 Noyabr 2023    Oxunub:1057
Tehran vilayətinin İslamşəhr şəhərində Kazim ƏliNejad Baralu adlı şəxsin tutulduğu məlum olub.
AzVision.az “Güney AZfront” teleqram-kanalına istinadən xəbər verir ki, Baralu saxlanıldıqdan sonra naməlum yerə aparılıb.

Ailəsinə yaxın mənbənin bildirdiyinə görə, 9 nəfər mülki geyimli şəxs Əli-Nejadın evinə zorla daxil olaraq axtarış aparıb, onun şəxsi əşyalarının bir qismi müsadirə edilib.

Uzun müddətdir ki, siyasi motivlər əsasında teokratik rejimin təqib etdiyi Baraluya qarşı irəli sürülən ittihamlar barədə məlumat açıqlanmayıb.
AzVision.az


Teqlər: İran   həbs  





Xəbər lenti