Əmir Abdullahian: Atəşkəs davam etməsə, müharibə genişlənəcək

   Əmir Abdullahian:    Atəşkəs davam etməsə, müharibə genişlənəcək
  24 Noyabr 2023    Oxunub:1341
İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Livanda “Hizbullah”ın lideri Həsən Nəsrullahla görüşərək, Qəzzada atəşkəsin əldə olunmasını və müharibənin dayandırılması məsələsini müzakirə edib.
AzVision.az xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik şurasına yaxın olan “Noor News” media qurumu belə məlumat yayıb.

“Atəşkəs davam etməsə, müharibə genişlənəcək. Biz əvvəllər xəbərdarlıq etmişdik ki, cinayətlərin qarşısı alınmasa, müqavimət cəbhəsinin digər dəstələri də döyüşə girəcəklər”, - Abdullahiyan deyib.

Qeyd edək ki, İranın Xarici İşlər naziri Livanda Həsən Nəsrullahla ilə görüşdükdən sonra, Beyrutdan Qətərin paytaxtı Dohaya gedib. Qətərdə isə o, bu ölkənin baş naziri və HƏMAS-ın lideri İsmayıl Haniyə ilə görüşüb. “Noor News”un məlumatına görə, Abdullahiyan Qətərə səfəri çərçivəsində İranın vəkil qruplarının “komandirləri” ilə görüşəcək.
AzVision.az


Teqlər: Abdullahiyan   "Hizbullah"  





Xəbər lenti