İranda daha bir etirazçı edam edilib

   İranda daha bir etirazçı edam edilib
  24 Noyabr 2023    Oxunub:1193
İnsan haqlarının müdafisəi ilə məşqul olan bəzi media qurumları “Qadın, Həyat, Azadlıq” aksiyaları məhbuslarından biri olan Milad Zöhrəvəndin Həmədan Mərkəzi həbsxanasında “gizli edamı” barədə məlumat yayıb.
AzVision.az “Hengaw” insan haqları qurumunun yaydığı məlumata istinadən xəbər verir ki, Məlayirdə həbs olunan Zöhrəvənd İranın təhlükəsizlik xidmətlərindən birininin əməkdaşını öldürmək ittihamı ilə edam olunub.

Milad Zöhrəvəndin yaxınlarının dediyinə görə, bu gün Miladın ailəsinə onun edam edilməsi barədə məlumat çatdırılıb. Lakin onun edamından öncədən xəbərsiz olan ailəsinə Miladın nəşi verilməyib.

Beləliklə də, ötən il Şəhrivarda Məhsa Əminin ölümündən sonra İranda başlayan ümummilli etirazları zamanı həbs edilən məhbuslardan artıq səkkizi edam edilib.

İran kürdləri ilə bağlı insan haqları xəbərlərini işıqlandıran təşkilatın bildirdiyinə görə, Zöhrəvənd onun edamının yaxınlaşması ilə bağlı əvvəlcədən heç bir xəbərdarlıq almayıb və ona son dəfə ailəsi ilə görüşə icazə verilməyib.

Məhbusun edamı isə onun barəsində çıxarılan hökmün Ali Məhkəmədə təsdiqlənməsindən cəmi 10 gün sonra yerinə yetirilib.
AzVision.az


Teqlər: İran   edam  





Xəbər lenti