""Ukrayna” ABŞ üçün "Əfqanıstan" layihəsi kimi uğursuz oldu" - Ekspert

   ""Ukrayna” ABŞ üçün "Əfqanıstan" layihəsi kimi uğursuz oldu" -    Ekspert
  24 Noyabr 2023    Oxunub:1216
Aparıcı Qərb mediası getdikcə daha çox bildirir ki, Ukrayna layihəsi Vaşinqton üçün uğursuz olub və ondan təcili olaraq imtina edilməlidir.
AzVision.az xəbər verir ki, bu barədə amerikalı politoloq Eduard Lozanski məlumat verib.

Analitik vurğulayır ki, ABŞ administrasiyası Əfqanıstanda olduğu kimi, burada da (red- Ukrayna) uğursuzluğunu etiraf etməyə və layihədən çəkilməyə hələ hazır deyil.

"Mətbuatda - Amerika, Avropa və aparıcı nəşrlərdə Ukrayna əməliyyatının növbəti uğursuzluğa düçar olduğu qəbul edilən çoxlu materiallar dərc olunur. Artıq bu itkiləri dayandırmağın vaxtı çatıb", - ekspert qeyd edir.

AzVision.az



Teqlər:





Xəbər lenti