Paşinyan: "Ermənistanın beynəlxalq tanınmış ərazisinə anklavlar daxil deyil"
O bildirib ki, Ermənistanla Azərbaycan arasında sülhün prinsiplərindən biri qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasıdır: “Anklavların danışıqlar masasında olub-olmaması ilə bağlı sual var”.
Bununla belə N. Paşinyan qeyd edib ki, Azərbaycan ərazisində də Ermənistanın anklavı var və bu məsələlər qarşılıqlı həll edilməlidir. Onun sözlərinə görə, gələcəkdə bu anklavlara gediş-gəlişin necə olacağını da düşünmək lazımdır.
AzVision.az
Teqlər: