Belçika Ukraynanın Aİ-yə qəbulu ilə bağlı qərarsızdır
O vurğulayıb ki, Aİ-yə yeni üzvlərin qəbulu prosesi Avropa İttifaqının özünün yenidən strukturlaşması ilə paralel getməlidir ki, bu da Aİ institutlarında islahatların aparılmasını nəzərdə tutur. Onun sözlərinə görə, Belçika, xarici siyasət və Avropa müdafiəsi ilə bağlı daha çox səsvermənin aparılmasının tərəfdarıdır.
Noyabrın 8-də Avropa Komissiyası Avropa İttifaqına üzv olmaq üçün müraciət edən ölkələrin gedişatı ilə bağlı illik hesabatını dərc edib. Bu hesabatda Avropa Komissiyası Ukrayna, Moldova, Bosniya və Herseqovinanın əlavə şərtlərə əməl etməsi şərti ilə üzv qəbul edilməsi, habelə Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi ilə bağlı danışıqlara başlamağı tövsiyə edib.
Əgər sammit müsbət qərar verərsə, danışıqlar 2024-cü ilin martında başlaya bilər. Onların tamamlanması üçün son tarixlər yoxdur.
AzVision.az
Teqlər: