Mask icazə verdi - HƏMAS-la mübarizəyə "Starlink" də qoşulur

    Mask icazə verdi -    HƏMAS-la mübarizəyə "Starlink" də qoşulur
  27 Noyabr 2023    Oxunub:1107
Qəzza zolağında "Starlink" peyk rabitəsindən istifadə ilə bağlı amerikalı iş adamı və sosial şəbəkənin sahibi "X" İlon Maskla ilkin razılıq var.
AzVision.az xəbər verir ki, bunu İsrailin rabitə naziri Şlomo Karxi deyib.

SEPAH komandiri NASA və Starlink-in iranlı işçilərini tənqid edib
"İlon Mask, sizi mənim rəhbərliyim altında Telekommunikasiya və Kütləvi Rabitə Nazirliyi ilə fundamental anlaşma əldə etdiyiniz üçün sizi təbrik edirəm”, - Karxi "X" hesabında yazıb.

Onun sözlərinə görə, "Starlink" peykləri İsraildə, o cümlədən Fələstin anklavında yalnız Rabitə Nazirliyinin icazəsi ilə fəaliyyət göstərə biləcək.

O, amerikalı milyarderin İsrailə gəlişini də alqışlayıb. Məşhur iş adamı noyabrın 27-də Yaxın Şərqə gedib. Maskın İsrail prezidenti İsaak Hersoqla görüşəcəyi gözlənilir.

Musk və Hersoq arasında keçiriləcək görüşdə qohumları HƏMAS tərəfindən əsir götürülən israillilər də iştirak edəcək.

Bundan əlavə, Mask İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşməyi və Qəzzada yaraqlılardan əziyyət çəkən sərhəd yaşayış məntəqələrinə baş çəkməyi planlaşdırır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   İlon-Mask  





Xəbər lenti