Azərbaycanın yaxın dostlarından olan Yıldırım Turan vəfat edib
“Onun vəfat xəbəri İqdırda, Aralıq rayonunda böyük üzüntü ilə qarşılanıb. Yıldırım Turan 20 ilə yaxın İqdır Aralıq rayonu bələdiyyəsinə rəhbərlik edib. Azərbaycana bağlı, xalqımızı sevən şəxslərdən idi. 90-ci illərdə Azərbaycanın ən çətin vaxtlarında ölkəmizin yanında olan siyasətçilərdən olub. O həmçinin 20 yanvar hadisələri zamanı Türkiyəni ayağa qaldıran siyasətçilərdən idi. İqdırda minlərlə insanın iştirakı ilə keçirilən etiraz mitinqlərində fəal iştirak edib və əsas təşkilatçılardan sayılırdı”, - o qeyd edib.
E.Eltürk bildirib ki, Yıldırım Turanın Heydər Əliyevlə də yaxın münasibətləri olub.
“Onun Heydər Əliyevlə dostluq münasibətləri olub. Ulu öndər Naxçıvan Ali Məclisinə sədr seçiləndən sonra onunla sıx təmas qurub və Heydər Əliyevi dəfələrlə Naxçıvanda ziyarət edib. Naxçıvanın blokadadan çıxması üçün əlindən gələni edib. Heydər Əliyev Aralıq rayonunu ziyarət edərkən də onu yaxından müşayiət edib və insanlarla görüşünü təşkil edib”.
AzVision.az
Teqlər: Türkiyə