Türkiyə bu il İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiq edə bilər

Türkiyə bu il İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiq edə bilər
  29 Noyabr 2023    Oxunub:954
Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-dakı həmkarlarına bildirib ki, İsveçin təşkilata üzv olmaq ərizəsini ratifikasiya etmək üçün çox çalışır.
Bu barədə “Reuters” ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb. Məlumatda hazırda Türkiyə parlamentində Stokholmun Alyansa qoşulması məsələsinin fəal müzakirə olunduğu qeyd olunub. Eyni zamanda, Hakan Fidan qərarın 2023-cü ilin sonuna qədər verilə biləcəyini vurğulayıb.

Agentliyin mənbəsi qeyd edib ki, İsveçin NATO-ya üzv olmaq üçün müraciətinin ratifikasiya prosesi bir neçə həftəyə başa çata bilər.


AzVision.az


Teqlər:





Xəbər lenti