Mask HƏMAS-ın dəvətini qəbul etmədi

   Mask HƏMAS-ın dəvətini qəbul etmədi
  29 Noyabr 2023    Oxunub:1320
Amerikalı biznesmen İlon Mask HƏMAS qruplaşmasının Qəzzaya səfər etməklə bağlı dəvətini qəbul etməyib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı biznesmen öz “X” hesabında paylaşıb.

O, hazırda belə bir səfəri təhlükəli adlandırıb: “Bu hazırda bir qədər təhlükəli görünür. Lakin düşünürəm ki, Qəzzanın uzunmüddətli çiçəklənməsi bütün tərəflərin xeyrinə olacaq”.

Xatırladaq ki, Fələstinin radikal HƏMAS hərəkatı İlon Maskı Qəzza zolağına səfər etməyə çağırıb.
Bu barədə hərəkatın rəhbərliyinin üzvü Usamə Həmdan məlumat yayıb. “Biz İlon Maskı Qəzza zolağına səfər etməyə çağırırıq ki, o, Qəzza zolağında xalqımıza qarşı törədilən qətliamın miqyasını görə bilsin”, - deyə U.Həmdan bildirib.

HƏMAS, həmçinin dünya mediası jurnalistlərini törədilən dağıntıların miqyasını, uşaqlara və müdafiəsiz dinc sakinlərə qarşı soyqırımı əlamətlərini görmək üçün Qəzza zolağında iştiraklarını gücləndirməyə çağırıb.
AzVision.az


Teqlər:





Xəbər lenti