Stoltenberq: İran dəstəklədiyi qüvvələrin cilovunu çəkməlidir

   Stoltenberq:    İran dəstəklədiyi qüvvələrin cilovunu çəkməlidir
  29 Noyabr 2023    Oxunub:903
NATO-nun baş katibi Yens Stotenberq İsraillə ekstremist HƏMAS qruplaşması arasında müharibədə “humanitar atəşkəsin” uzadılmasının zəruriliyini vurğulayaraq, İran hakimiyyətinə regionda daha böyük gərginlikdən çəkinməsi barədə xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, Brüsseldə keçirdiyi mətbuat konfransında Amerikanın Suriya və İraqdakı mövqelərinə “raket və dron hücumları”na, habelə İraınn vəkil qüvvələrinin ticarət gəmilərinə hücumlarına toxunan Stoltenberq, bu tədbirlərin eskalasiya riskini artıdığını bildirib.

“İran öz vəkil qüvvələrinin cilovunu çəkməlidir. Fasilə müddətini uzatmaq istərdim. Bu, Qəzza xalqına daha çox yardımın gəlməsi, eləcə də daha çox girovun azad edilməsi üçün fürsət yaradacaq” - Stoltenberq deyib.
AzVision.az


Teqlər: Stoltenberq   İran  





Xəbər lenti