FSB “AvtoVAZ”-da casus tutdu

FSB “AvtoVAZ”-da casus tutdu
  29 Noyabr 2023    Oxunub:965
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Samara vilayətində “AvtoVAZ”da çalışan qadın mühəndisə qarşı cinayət işi açıb.
O, kommersiya sirrini yaydığı üçün məsuliyyətə cəlb olunub.

"Rusiya Federasiyasının strateji müəssisələri siyahısına daxil edilmiş “AvtoVAZ” ASC-nin mühəndis-konstruktoru öz şəxsi maraqlarından çıxış edərək üçüncü şəxslərə gizli şəkildə kommersiya xarakterli məlumatlar ötürməsi müəyyən edilib",-FSB-nin regional idarəsinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Rusiyada belə cinayət əməlinə yol verənlər beş ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Tural Tağıyev
AzVision.az



Teqlər: FSB  





Xəbər lenti