“İşin hakimi İrandan kənar farsdilli kanallara, o cümlədən “Radio Fərda”ya verdiyim müsahibələri və sosial şəbəkələrdəki şərhlərimi rejimə qarşı təbliğat fəaliyyəti nümunəsi kimi qiymətləndirib. Bu hökmü çıxarmalarının səbəbi “Qadın, Həyat, Azadlıq” aksiyalarında həlak olanların ailələrinin işini qəbul etməyimdir”, - Əlikürdi bildirib.
İrandakı insan haqları fəalları qrupunun bu ilin iyun ayının əvvəlində dərc etdiyi hesabtda
2022-ci ilin sentyabrında ümummilli etirazların başlamasından bu yana ölkədə ən azı 129 vəkilin “məhkəmə qarşıdurması” ilə üzləşdiyi vurğulanıb.
AzVision.az