Pentaqon: atəşkəsdən sonra İraq və Suriyada ABŞ qüvvələrinə heç bir hücum olmayıb

      Pentaqon:    atəşkəsdən sonra İraq və Suriyada ABŞ qüvvələrinə heç bir hücum olmayıb
  29 Noyabr 2023    Oxunub:902
Qəzza müharibəsində İsrail və HƏMAS arasında atəşkəs başlayandan bəri İraq və Suriyada ABŞ qüvvələrinə qarşı heç bir hücum həyata keçirilməyib.
AzVision.az bildirir ki, ABŞ-nin Müdafiə nazirliyinin sözçüsü Pet Rayder jurnalistlərə müsahibəsində belə açqılama verib.

İraq və Suriyadakı Amerika qüvvələri oktyabrın sonundan atəşkəsə qədər İranın dəstəklədiyi milislər tərəfindən raket və kamikadze təyyarələri ilə on dəfələrlə hücuma məruz qalıb.

“Noyabrın 23-dən, Qəzzada əməliyyatların dayandırılmasından sonra İraq və Suriyada Amerika qüvvələrinə heç bir hücum edilməyib. Qoşunların qorunması bizim prioritetimiz olaraq qalır və nə vaxtsa bizə hücum edilərsə, lazımi şəkildə cavab verəcəyik”, - Pet Rayder deyib.
İranın müvəkkil qüvvələrinin hücumları niyə dayandırdığını soruşanlara Rayder həmin qruplaşmalara müraciət etməyi məsləhət görüb.

Qəzza müharibəsi zamanı milis qüvvələrinin hücumlarına cavab olaraq İraq və Suriyada 5 hücum əçəliyyatı həyata keçirən ABŞ İranla əlaqəli qrupların mövqelərini hədəfə alıb.
AzVision.az


Teqlər: ABŞ   İran  





Xəbər lenti