Kadırovun oğlu batalyon kuratoru təyin edildi

   Kadırovun oğlu batalyon kuratoru təyin edildi
  29 Noyabr 2023    Oxunub:881
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırov yeni vəzifəyə təyin olunub. 16 yaşlı oğlan Şeyx Mənsur adına çeçen batalyonunun kuratoru olub. Bu barədə Çeçenistan parlamentinin spikeri Maqomed Daudov öz Telegram səhifəsində yazıb.
Onun sözlərinə görə, bu batalyon Müdafiə Nazirliyinin ən döyüşə hazır bölmələrindən biridir.

"Adəmin lazımi qabiliyyət və bacarıqları var, bunlardan başlıcası zəhmətkeşlik, qətiyyət və tapşırılan işə məsuliyyətlə yanaşmaqdır", - Dudayev bildirib.

Dövlət Dumasının Çeçenistandan olan deputatı Adəm Delimxanov Adəmi bölmənin şəxsi heyətinə təqdim edib. Delimxanovun sözlərinə görə, Adəm Şeyx Mənsur batalyonunun ulduzunu alan ikinci şəxs olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti