Hər üç iranlıdan biri yoxsuldur
“Statistika göstərir ki, biz yoxsulluğun azaldılması sahəsində heç bir xüsusi nailiyyət əldə etməmişik və o həddə çatmışıq ki, 2023-cü ildə əhalimizin təxminən 30%-i yoxsulluq həddinin altındadır. Bu da 26 milyona yaxın insan deməkdir”, - Nili deyib.
Bundan əvvəl Dünya Bankı sanksiyaların, pis iqtisadi idarəetmənin və qeyri-sabit beynəlxalq neft qiymətlərinin ümumi təsiri üzündən İranda 10 milyon insanın tam yoxsulluğa düçar olduğunu və İran xalqının 40%-nin yoxsulluq riski altına düşdüyünü bildirib.
AzVision.az