"Kreml" Regionlararası ictimai təşkilatı (MROO) faktı təsdiq edib. Qeyd edilir ki, o, noyabrın 28-də dünyasını dəyişib. MROO-nun yaydığı məlumatda generalın ölüm səbəbi göstərilməyib.
"Novorossiya" xəbər agentliyi (Tsargrad Media-ya məxsusdur-red.) 45 yaşlı Zavadskinin Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında dünyasını dəyişdiyini yazıb. UNİAN isə generalın Dnepr çayının sol sahilində, Xerson vilayətinin Krınki kəndi yaxınlığında zirehli transportyordan atəşə tutulmasından sonra öldüyünü yazıb.
“VÇK-OQPU” Telegram kanalının məlumatına görə, Vladimir Zavadski cəbhədən arxada, təmas xəttindən uzaqda mina partlamasından ölüb.
Qeyd edək ki, Vladimir Zavadski Rusiya Silahlı Qüvvələrinin 14-cü Ordu Korpusunun komandir müavini kimi Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak edib.
Rusiya müharibəyə başlayandan bu günə kimi xeyli sayda
rus general ölüb.
Tural Tağıyev
AzVision.az