Qəzzada girovların azad edilməsi üçün danışıqlar davam edir

   Qəzzada girovların azad edilməsi üçün danışıqlar davam edir
  01 Dekabr 2023    Oxunub:882
Qəzza zolağında fələstinli qruplaşmaların saxladığı girovların azad edilməsi üçün danışıqlar hətta İsrailin anklavda hərbi əməliyyatları bərpa etməsindən sonra da davam edir.
Bu barədə danışıqların gedişi ilə tanış olan mənbəyə istinadən CNN məlumat yayıb.
İsrail və ABŞ minlərlə HƏMAS yaraqlısını Qəzzadan çıxarmağa hazırlaşır?


Kanalın qeyd etdiyi kimi, atəşkəs yerli vaxtla saat 07:00-da (Moskva vaxtı ilə 08:00) başa çatdıqdan bir saat sonra münaqişə tərəflərindən heç biri, həmçinin HƏMAS hərəkatı ilə İsrail arasında vasitəçilik edən Misir, Qətər və ABŞ danışıqların pozulduğunu açıq şəkildə açıqlamayıb.

Xatırladaq ki, İsrail ordusu Qəzza zolağında döyüşləri bərpa edib. Bu barədə İsrail Müdafiə Qüvvələri (İsrael Defence Forces – İDF) “X” platformasında məlumat yayıb. İsrail Müdafiə Qüvvələri HAMAS-ı İsrail ərazisini atəşə tutmaqda günahlandırıb.

Qeyd edək ki, ki, 22 noyabr tarixində Misir və Qətərin vasitəçiliyi ilə İsrail və HAMAS arasında Qəzza sektorunda dörd günlük humanitar atəşkəs haqqında razılığa gəlinib.

Razılaşma əsasında İsrail həbsxanalarında saxlanılan fələstinli yeniyetmə və qadınların azad edilməsi müqabilində Qəzza zolağında saxlanılan girovların azadlığa buraxılmasına başlanılıb.

27 noyabrda Qətər XİN rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, tərəflər Qəzzada humanitar atəşkəs rejiminin eyni şərtlərlə daha iki gün uzadılması barədə razılığa gəlib. Dünən səhər saatlarında isə atəşkəsin əlavə bir gün uzadıldığı elan edilib.

Həmçinin oxu

İsrail-HƏMAS atəşkəsin uzadılması barədə razılığa gəliblər

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Qəzza   HƏMAS  





Xəbər lenti