Ərdoğan BƏƏ-yə getdi

   Ərdoğan BƏƏ-yə getdi
  01 Dekabr 2023    Oxunub:940
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün “TRK” adlı şəxsi təyyarəsi ilə BƏƏ-yə gedib.
Ərdoğanı Dubay Beynəlxalq Hava Limanında BƏƏ-nin vitse-prezidenti Şeyx Mansur bin Zayed Al Nahyan, Abu Dabi səfiri Tuqay Tunçer, Dubayın baş konsulu Onur Şaylan və əlaqədar rəsmilər qarşılayıblar.

Prezident Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, prezidentin kommunikasiya direktoru Fahrettin Altun və prezidentin baş müşaviri səfir Akif Çağatay Kılıç da Dubaya gediblər.



Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ərdoğan  





Xəbər lenti