İsrail HƏMAS-ın hücum planından ötən il xəbərdar olub - “The New York Times” |
Xüsusilə, Livan, Türkiyə və Qətərdə yaşayan HƏMAS liderlərinin izinə düşmək üçün planlar hazırlanır. Hazırda isə rəsmi Təl-Əviv hərəkatın Qəzzada fəaliyyət göstərən liderlərini ələ keçirərək məhv etməyə çalışır.
Xatırladaq ki, ötən həftə İsrailin baş naziri Benyamin Netanyahu "Mossad"a HƏMAS liderlərinə qarşı hərəkətə keçməyi əmr etməsi ilə bağlı məlumat yaymışdı.
Dünən isə “The Wall Street Journal” mövzu ilə bağlı başqa bir diqqət çəkən məqalə dərc etmişdi. Nəşr yazıb ki, "ABŞ və İsrail rəsmiləri münaqişənin həllini sürətləndirmək üçün Qəzza zolağından Fələstinin radikal HƏMAS hərəkatından minlərlə yaraqlısının çıxarılması ideyasını müzakirə edirlər".
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket ataraq “Əl-Əqsa daşqını” əməliyyatının başladığını elan edib.
Minlərlə yaraqlı qısa zamanda İsrail ərazisinin bir qismini işğal edərək hərbi texnikaları və 200-dən çox insanı girov götürüb . Bu fonda İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqladı.
Daha sonra İsrail Müdafiə Qüvvələri “Dəmir Qılınclar” adlı cavab əməliyyatına başladı.
“The Times of Israel” baş nazirə istinad edərək cavab tədbirlərinin əsas məqsədlərini açıqladı. Məlum oldu ki, İsrailin HƏMAS-la müharibədə ilk məqsədi hücuma məruz qalan əraziləri təmizləməkdən ibarətdir.
Bura HƏMAS-ın tam məhv edilməsi də daxildir.
İsrail bölgəyə zərbələr endirməyə başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 16 mini keçib. 35 mindən çox insan isə yaralanıb.
Bir neçə gün öncə isə tərəflər atəşkəs haqqında razılaşma əldə etdilər. Yalnız bundan sonra girov və əsirlərin mərhələli şəkildə azad edilməsinə başlanıldı.
Tural Tağıyev
AzVision.az