İranda siyasi motivlər sasında həbslər davam edir

İranda siyasi motivlər sasında həbslər davam edir
  01 Dekabr 2023    Oxunub:1159
İranda turizm sahəsində çalışan Nilufər Qəzalle və Məhəmməd-Əli Moqimi İsfahanda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar.
AzVision.az “Hrana” insan haqları təşkilatına istinadən xəbər verir ki, hazırda onların tutulmasının səbəbləri, harada olmaları və onlara qarşı irəli sürülən ittihamlar barədə heç bir məlumat yoxdur.

Moqimi İsfahan vilayətinin Turizm kooperativləri ittifaqının rəhbəridir. Qəzale isə bundan öncə hicab geyinmədən çəkdiyi şəkilləri dərc etdiyinə görə şərti qaydada 5 il həbs cəzasına məhkum olunub. Bundan əlavə, onların Xur şəhərində yerləşən hostellərinə də həbs qoyulub.
AzVision.az


Teqlər: İran   həbslər  





Xəbər lenti