Qrossi: İran və dünya gücləri yeni saziş üzrə danışıqlar aparmalıdır

      Qrossi:    İran və dünya gücləri yeni saziş üzrə danışıqlar aparmalıdır
  02 Dekabr 2023    Oxunub:1249
MAQATE-nin baş direktoru JCPOA-nın (İranın nüvə problemi üzrə 5+1 formatı) dirçəldilməsinin artıq işə yaramayacağını, Tehranla dünya güclərinin yeni sazişlə bağlı danışıqlar aparmalı olduğunu vurğulayıb.
AzVision.az xəbər verir ki, MAQATE-nin baş direktoru Rafael Qrossi “Financial Times” qəzetinə müsahibəsində İsrail-HƏMAS müharibəsinə diqqət yetirən beynəlxalq ictimaiyyətin İranın nüvə proqramının təhlükəli tərəflərini görməməzliyə vurmamalı olduğunu deyib.

O, dünya güclərini İranla nüvə danışıqlarını bərpa etməyə, Teranın ambisiyalarını, xüsusən də onun zənginləşdirilmiş uran ehtiyatlarının həcminin təhlükəli dərəcədə artdığını nəzərdən qaçırmamağa çağırıb.

“Yəqin ki, hazırda diqqət Qəzzada müharibəsindədir. Deməli, İran dünya ictimaiyyətində ölkənin nüvə proqramına biganəliyin olduğunu düşünür. İranla nüvə sazişinin yeni çərçivəyə ehtiyacı ola bilər və 2015-ci il JCPOA-nın dirçəldilməsi artıq işləməyə bilər. Danışıqlar yeni saziş üzərində aparılmalı və ölkələr yeni şərtlərə uyğunlaşmalıdır. Biz dünya güclərindən İrana təzyiq göstərməyi tələb etmirik, lakin biz agentliklə qarşılıqlı əlaqə yaratmaq və beynəlxalq ictimaiyyətdə ən azı minimal konsensus yaratmaq istəyirik”, - Qrossi deyib.

MAQATE-nin son hesabatında İranda 60% səviyyəsində zənginləşdirilmiş uranın miqdarının 128 kq-a çatdığı bildirilir ki, bu da üç atom bombası hazırlamaq üçün kifayətdir.
AzVision.az


Teqlər: İran   MAQATE  





Xəbər lenti