Rəisi İsrailə görə Dubaya getməyib

   Rəisi İsrailə görə Dubaya getməyib
  02 Dekabr 2023    Oxunub:1125
İran prezidenti İbrahim Rəisi israilli həmkarı İsaak Hersoqun BMT-nin İqlim Dəyişikliyi konfransında (COP28) iştirakına etiraz olaraq Dubaya getməyəcək.
AzVision.az xəbər verir ki, SEPAH-a yaxınlığı ilə seçilən “Fars” agentliyi belə məlumat yayıb. Agentlik bu konfransda təkcə İran prezidentin yox, onun nümayəndəsinin də bu konfransda iştirak etməyəcəyini bildirib. Məlumata görə, İran yalnız energetika naziri səviyyəsində CUP28 konfransında iştirak edir.

Halbuki, İran mediası daha əvvəl İbrahim Rəisinin bu konfransda iştirak etmək üçün BƏƏ-yə səfər planını açıqlamışdı.
AzVision.az


Teqlər: Rəisi   BƏƏ  





Xəbər lenti