Mərəndli idmançı Ginnesin rekordlar kitabına düşüb

   Mərəndli idmançı Ginnesin rekordlar kitabına düşüb
  16 Dekabr 2023    Oxunub:1338
Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərindən olan idmançı və kunq-fu ustası Əqil Qardaşzadə, Ginnesin beynəlxalq jurnalı və nəşri tərəfindən 2023-cü ildə İranın dünyada ən yaxşı idmançısı seçilib.
AzVision.az “Güney AZfront” teleqram-kanalının yaydığı məlumata istinadən xəbər verir ki, 5-ci dan qara kəmər sahibi olan Qardaşzadə kunq-fu döyüş sənətində “Tua” üslubunun ustası, beynəlxalq məşqçi, hakim və Mərənd Kunq-fu federasiyasının rəhbəridir.

Qeyd edək ki, 55 hərəkət edən Qardaşzadə eyni idman növündə 49 hərəkətlə 2017-ci ildə “Ginnesin rekordlar kitabı”na düşən iranlı idmançını ötməklə yanaşı, öz rekordunu da yeniləyib.
AzVision.az


Teqlər: Qardaşzadə   Ginnes  





Xəbər lenti