Güneyli siyasi məhbusun həyatı təhlükədədir

 Güneyli siyasi məhbusun həyatı təhlükədədir
  19 Dekabr 2023    Oxunub:918
Tehrandakı Evin həbsxanasında saxlanılan siyasi məhbus və işçi hərəkatın azərbaycanlı fəalı Rza Şəhabinin müalicəsinə icazə verilmir.
AzVision.az xəbər verir ki, bir neçə xəstəlikdən əziyyət çəkən və ürək çatışmazlığı səbəbindən ağır vəziyyətdə olan Şəhabi həbsxanada huşunu itirib. Siyasi fəal müalicə üçün xəstəxanaya köçürülsə də, iki saat sonra geri qaytarılıb və ağır vəziyyətdə kameraya salınıb.

Qeyd edək ki, ötən ilin mayında həbs edilən Rza Şəhabi əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir.

“Hakimiyyətə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq”da günahlandırılan Şəhabi, 6 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Rza Şəhabi bundan əvvəl dinc fəaliyyətlərinə görə 6 il həbs cəzası çəkib. Həbs edilənda hökumət qüvvələri tərəfindən bəhşicəsinə döyüldüyünə görə fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət alıb.
AzVision.az


Teqlər: İran   Şəhabi  





Xəbər lenti