Pentaqon Qırmızı dənizdə əməliyyata başladı

   Pentaqon Qırmızı dənizdə əməliyyata başladı
  19 Dekabr 2023    Oxunub:1242
Pentaqon rəhbəri Lloyd Austin Qırmızı dənizi husilərin ticarət şirkətlərinin yüklərini daşıyan mülki gəmilərə hücumlarından qorumaq üçün əməliyyata başladığını açıqlayıb. Bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında məlumat verilib.
Mənbələrin bildirdiyinə görə, əməliyyat “Rifahın keşikçisi” adlandırılıb. Böyük Britaniya, Fransa, İtaliya, Hollandiya, Bəhreyn və Seyşel adaları da daxil olmaqla, bir çox dövlətlər burada iştirak edəcək.

Pentaqon rəhbəri açıqlayıb ki, dəniz əməliyyatı Qırmızı dənizin cənubunda və Ədən körfəzində husilərin hücumlarının qarşısını almaq üçün nəzərdə tutulub.

“Yəməndən husilərin son zamanlar ehtiyatsız hücumlarının artması ticarətin azad axınını təhdid edir, günahsız dənizçiləri riskə atır və beynəlxalq hüququ pozur”- ABŞ Müdafiə naziri əlavə edib.

Bu halda kampaniyaya Birləşmiş Dəniz Qüvvələrinin komandanlığı rəhbərlik edəcək.

Dekabrın ortalarında ABŞ və Britaniya hərbi gəmiləri husilərin Yəməndən atdığı pilotsuz təyyarələri vurub. Həmçinin, hücum təhlükəsi səbəbindən ən azı dörd beynəlxalq şirkət Qırmızı dəniz marşrutlarını tərk edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti