Alp Arslan Doğan: “İstanbul nədirsə, Təbriz odur”

      Alp Arslan Doğan:    “İstanbul nədirsə, Təbriz odur”
  19 Dekabr 2023    Oxunub:900
İstanbulda “Güney Azərbaycan Milli Hərəkatının mübarizəsinə dəstək” konfransı keçirilib.
AzVision.az “Güney AZfront” telegram-kanalına istinadən xəbər verir ki, konfransda çıxış edən İstanbul ölkə ocaqları dərnəyinin baş katibi Alp Arslan Doğan türk millətinin Azərbaycanın ikiyə parçalanması ilə heç vaxt barışmayacağını vurğulayıb.

“İstanbul nədirsə, Təbriz odur, Anadolu nə qədər türksə, Urmiya da o qədər türkdür. İranın işğal etdiyi Güney Azərbaycan səkkizinci türk ölkəsi olacaq – Bakı, Təbriz, Ankara Turana doğru gedəcək. 1828-ci ildə Türkmənçay müqaviləsi ilə Bütöv Azərbaycan parçalandı –
Arazı ayırdılar,
Lil ilə doyurdular.
Mən səndən ayrılmazdım,
Zülm ilə ayırdılar.
Türk milləti bu işğalı qəbul etməmişdir, etməyəcək. Necə Kəlbəcər, Laçın, Ağdam, Şuşa işğaldan qurtuldusa, eləcə Təbriz, Ərdəbil, İsfahan da azad olunacaq”, - Doğan deyib.
AzVision.az


Teqlər: Təbriz   İstanbul  





Xəbər lenti