Avropa dövlətləri: İranın nüvə bombası iddiasının qarşısı alınmalıdır

      Avropa dövlətləri:    İranın nüvə bombası iddiasının qarşısı alınmalıdır
  19 Dekabr 2023    Oxunub:833
BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnamənin icrasına dair iclasdan sonra üç Fransa, Almaniya və Böyük Britaniya birgə yaydıqları bəyanatda Tehranın nüvə silahına çıxışının qarşısını almaq iradələrini bir daha vurğulayaraq, İranın nüvə gərginliyini artırma prosesini dayandırmasını tələb ediblər.
AzVision.az xəbər verir ki, dərc olunan birgə bəyanatda, İranın JCPOA (İranın nüvə problemi üzrə 5+1 formatı) çərçivəsində öhdəliklərinin acınacaqlı vəziyyəti ilə bağlı narahatlıq ifadə olunub.

“Dörd ildən artıqdır ki, Tehran 2231 saylı qətnamə ilə təsdiq edilmiş JCPOA çərçivəsində nüvə öhdəliklərini pozur və İranın nüvə proqramının vəziyyəti ilə bağlı heç bir etibarlı mülki əsaslandırma yoxdur. İranın nüvə fəaliyyətinin hazırkı trayektoriyası bu ölkəni yalnız silahla bağlı imkanlara yaxınlaşdırır. Bu, beynəlxalq sülh və təhlükəsizlik üçün ən mühüm narahatlıqdır", - bəyanatda deyilir.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının JCPOA-nın həyata keçirilməsinə zəmanət olan 2231 saylı qətnaməsinin icrası ilə bağlı dünən keçirdiyi iclasda nüvə fəaliyyəti, raket proqramının inkişafı və İranın silahlarının yayılmasının davam etdirilməsi ətrafında müzakirələr aparılıb.
AzVision.az



Teqlər: Avropa   İran  





Xəbər lenti