Rusiya müqaviləli hərbi qulluqçuların sayını artıracaq

   Rusiya müqaviləli hərbi qulluqçuların sayını artıracaq
  19 Dekabr 2023    Oxunub:1026
2024-cü ilin sonuna qədər Rusiya yeni birləşmələrin cəlb edilməsi nəzərə alınmaqla müqaviləli hərbi personalın sayını 745 min nəfərə çatdırmağı planlaşdırır.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu departamentin kollegiyasının genişləndirilmiş iclasında deyib.

O, qeyd edib ki, Silahlı Qüvvələrin artan tələbatını nəzərə alaraq, hərbi və sosial infrastrukturun zəmanətli və vaxtında tikintisini də təmin etmək lazımdır.

Qeyd edək ki, dekabrın əvvəlində Rusiya prezidenti Vladimir Putin ordusda hərbi personalın sayının təxminən 170 min nəfər artırılacağı barədə fərman imzalayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti