Argentina üç ölkəyə səfir təyin etməyəcək

Argentina üç ölkəyə səfir təyin etməyəcək
  19 Dekabr 2023    Oxunub:1301
Argentinanın yeni hökuməti Venesuela, Nikaraqua və Kubaya səfir göndərməyəcək.
Buenos-Ayres bu ölkələrdə müvəqqəti işlər vəkili səviyyəsində təmsil olunacaq. Cənubi Amerika ölkəsinin İrandakı diplomatik nümayəndəliyi isə əvvəlki səviyyədə qalacaq.

Məlumata görə, Argentina prezidenti Xavyer Miley xarici işlər naziri Diana Mondinoya beynəlxalq təşkilatlarda Venesuela, Nikaraqua və Kubaya qarşı daha sərt mövqe tutmaq üçün göstərişlər verib.

AzVision.az


Teqlər:





Xəbər lenti