Çində zəlzələdə ölənlərin sayı 131 nəfərə çatıb

Çində zəlzələdə ölənlərin sayı 131 nəfərə çatıb
  20 Dekabr 2023    Oxunub:719
Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Qeyd olunub ki, 113 nəfər ölkənin şimal-qərbindəki Qansu əyalətində, 18 nəfər Çinin qərbindəki Çinxay əyalətində ölüb.

Xatırladaq ki, 19 dekabr tarixində yerli vaxtla gecə saat 4-də Qansu vilayətinin Cişişan rayonunda 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.

Çinin Dövlət Şurası (Nazirlər Kabineti) təbii fəlakətlə əlaqədar 2-ci dərəcəli fövqəladə reaksiya elan edib. Fövqəladə Hallar Nazirliyi zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bölgəyə əlavə qüvvələr səfərbər edib.

Çin Xalq Respublikasının Sədri Si Cinpin insan itkisinin artmaması üçün axtarış-xilasetmə işlərinin sürətlə və dəqiqliklə aparılmasına göstəriş verib. Qansu vilayətində axtarış-xilasetmə işlərinə 600-ə yaxın canlı qüvvə, 100-ə yaxın texnika, habelə xüsusi təlim keçmiş itlər cəlb olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti