Abdollahiyan HƏMAS Siyasi Bürosunun lideri ilə görüşüb

Abdollahiyan HƏMAS Siyasi Bürosunun lideri ilə görüşüb
  20 Dekabr 2023    Oxunub:760
İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahiyan Dohada HƏMAS radikal hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi öz Telegram kanalında məlumat yayıb.
Bəyanatda qeyd edilib ki, danışıqlar zamanı tərəflər Qəzza zolağı və İordan çayının qərb sahilindəki siyasi vəziyyəti, eləcə də son hadisələri müzakirə ediblər.

İRNA Agentliyinin məlumatına görə, görüş HƏMAS Siyasi Bürosunun Dohadakı qərargahında baş tutub. Danışıqlar zamanı Haniyə Abdollahianın Qətərə səfərinin oktyabrın 7-dən bəri dördüncü olduğunu qeyd edib.

Abdullahianın Qətərə səfər planları barədə daha əvvəldən məlumat verilməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti