Burkina-Fasoda 4 fransalı casus tutuldu

   Burkina-Fasoda 4 fransalı casus tutuldu
  20 Dekabr 2023    Oxunub:792
Diplomatik pasportlara malik dörd Fransa vətəndaşı Burkina-Faso hakimiyyəti tərəfindən casusluq ittihamı ilə saxlanılıb.
France-Presse agentliyi xəbər verir ki, Burkina-Fasonun hakimiyyət orqanları Fransa Xarici Kəşfiyyat İdarəsinin əməkdaşı olduğu müəyyən edilən şəxslərin ölkədəki fəaliyyəti ilə bağlı təhqiqata başlayıb. Hazırda istintaq təcridxanasına yerləşdirilən şəxslərə konsulluq yardımı göstərilir.

Parisin məlumatına görə, noyabrın sonunda Fransa diplomatik missiyasının dəvəti ilə Burkina-Fasonun paytaxtı Uaqaduquya texniki işlər aparmaq üçün gələn dörd nəfər dekabrın 1-də polis tərəfindən saxlanılıb. Fransa onların texniki xidmətə aid olmayan fəaliyyətlə məşğul olduqlarına dair iddiaları rədd edir.

2022-ci ilin sentyabrında İbrahim Traorenin dövlət çevrilişi nəticəsində hakimiyyəti ələ keçirməsindən sonra Fransa və Burkina-Faso arasında münasibətlər pisləşib. Çevrilişdən sonra ölkənin yeni rəhbərliyi hökuməti buraxıb, konstitusiyanın fəaliyyətini dayandırıb və siyasi aktivliyi qadağan edib.

AzVision.az


Teqlər:





Xəbər lenti