Rusiya XİN Paşinyanın Sankt-Peterburqa gələcəyinə ümid edir

   Rusiya XİN Paşinyanın Sankt-Peterburqa gələcəyinə ümid edir
  20 Dekabr 2023    Oxunub:849
Hesab edirik ki, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidentinin dəvətindən istifadə edərək dekabrın 25-26-da Sankt-Peterburqda keçiriləcək Avrasiya İttifaqı Ali İqtisadi Şurasının iclasına və MDB ölkələri dövlət başçılarının qeyri-formal sammitinə gələcək.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Paşinyanın İctimai Televiziyaya müsahibəsində rəsmi Moskvanın əleyhinə səsləndirdiyi bəyanatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Paşinyan Peterburqda keçiriləcək görüşdə İrəvan üçün maraqlı olan bütün məsələləri qaldıra bilər:

"O ki qaldı bizim Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı mövqeyimizə, bu mövqe ölkə prezidenti, xarici işlər naziri, prezident administrasiyası, ümumilikdə XİN tərəfindən dəfələrlə açıqlanıb. Düşünürəm ki, siz bu mövqe ilə yaxşı tanışsınız", deyə Zaxarova vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti