ABŞ və Venesuela məhbusların azad edilməsi ilə bağlı razılığa gəlib

ABŞ və Venesuela məhbusların azad edilməsi ilə bağlı razılığa gəlib
  20 Dekabr 2023    Oxunub:998
ABŞ və Venesuela məhbusların azad edilməsi ilə bağlı razılığa gəlib.
AzVision.az "Associated Press"ə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar amerikalı məhbusların azad edilməsi müqabilində Venesuela Prezidenti Nikolas Maduronun yaxın müttəfiqini azad edəcək.

Maduro hökumətindəki mənbə bildirib ki, Venesuela 12-si amerikalı olmaqla ümumilikdə 36 məhbusu azad edəcək.

"Reuters" agentliyinin mənbəsinə görə isə Maduronun həbsdən çıxacaq müttəfiqi kolumbiyalı iş adamı Aleks Saabdır. Saab ABŞ vasitəsilə Venesueladan xarici ölkələrə 350 milyon dollar məbləğində vəsait köçürməkdə və Venesuela hakimiyyətinə rüşvət verməkdə ittiham olunurdu.

Venesuela hökumətindəki mənbənin sözlərinə görə, bütün məhbuslar eyni gün azadlığa buraxılacaq. "Associated Press"in məlumatına görə, ABŞ Maduronun müttəfiqini artıq azad edib.

AzVision.az



Teqlər:





Xəbər lenti