Almaniya Ukraynaya 23 milyon avro ayırıb

Almaniya Ukraynaya 23 milyon avro ayırıb
  20 Dekabr 2023    Oxunub:906
2023-cü ildə Almaniya kiberməkanın müdafiəsini gücləndirmək üçün Ukraynaya 23 milyon avro ayırıb.
AzVision.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin “X” səhifəsində deyilir.

"Ukraynanı kiberhücumlardan daha da qorumaq üçün Kanada, Danimarka, Estoniya, Fransa, Niderland, Polşa, İsveç, Böyük Britaniya və ABŞ ilə birlikdə Tallin mexanizmini işə saldıq. Tallin mexanizminin köməyi ilə biz daha da sıx əməkdaşlıq və Ukraynaya kiberbacarıqların inkişaf etdirilməsində dəstək olmaq istəyirik. Bu məqsədlə biz Ukraynadakı tərəfdaşlarımız, eləcə də Aİ və digər ölkələrlə sıx əməkdaşlıq edirik", - nazirliyin bəyanatında bildirilir.

Qeyd edək ki, dekabrın 12-də Ukraynanın ən böyük mobil operatorlarından biri olan “Kyivstar”ın işində fasilə yaranıb. Şəbəkənin kəsilməsi mobil rabitə və internetin işində çoxsaylı problemlərə səbəb olub. Xüsusilə, milli rouminq sistemi söndürülüb, Ukraynanın ən böyük banklarının xidmətləri dayandırılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti