Ərdoğan Vuçiçlə regional məsələləri müzakirə edib

   Ərdoğan Vuçiçlə regional məsələləri müzakirə edib
  20 Dekabr 2023    Oxunub:885
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan serbiyalı həmkarı Aleksandar Vuçiçlə telefonla danışıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Ərdoğan serbiyalı siyasətçini seçkilərdəki qələbə ilə əlaqədar təbrik edib. Telefon danışığında Türkiyə – Serbiya münasibətləri, qlobal və regional məsələlər müzakirə olunub.

“Prezident Ərdoğan yeni dövrdə də iki ölkə arasındakı güclü münasibətlərin və əməkdaşlığın inkişaf edərək davam edəcəyini söyləyib”, – məlumatda qeyd olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti