Kim Çen In nüvə zərbəsi ilə hədələdi

   Kim Çen In nüvə zərbəsi ilə hədələdi
  21 Dekabr 2023    Oxunub:920
Şimali Koreya digər dövlətlərin təxribatları halında dərhal nüvə silahı ilə hücumla cavab verəcək.
Bunu ölkə lideri Kim Çen In deyib. Siyasətçi bir gün əvvəl, dekabrın 20-də “Hwasong-18” qitələrarası ballistik raketinin buraxılışı üzrə təlimdə iştirak edən Baş Raket İdarəsinin hərbçiləri ilə görüşüb və onları uğurlu buraxılış münasibətilə təbrik edib.

“Hərbi fəaliyyət nüvə strategiyasının və doktrinasının təkamülünü nümayiş etdirib, buna görə KXDR hətta düşmən onu nüvə silahı ilə təhrik etdikdə nüvə cavabından çəkinməyəcək”, – o qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti