İranda hicabla bağlı tam məxfi sənəd üzə çıxıb - FOTO

İranda hicabla bağlı tam məxfi sənəd üzə çıxıb -  FOTO
  21 Dekabr 2023    Oxunub:1202
İrandakı teokratik rejim məcburi hicab qanununu cəmiyyətə zorla qəbul etdirmək üçün müxtəlif addımlar atmağa hazırlaşdığı barədə gizli sənəd aşkarlanıb.
AzVision.az xəbər verir ki, BBC-nin əldə etdiyi məxfi bildirişə əsasən, İranın məhkəmə hakimiyyəti məcburi hicab qanununa əməl etməyənlərə qarşı sərt tədbirlər görmək üçün küçələrdə, ictimai obyektlərdə, böyük ticarət mərkəzlərində səyyar məhkəmələr yarada bilər.

Sözügedən sənədin İranın daxili işlər naziri Əhməd Vəhidinin möhürü ilə təsdiqləndiyi bildirilir.

Sənəddə İran hökumətinin bir sıra qurumlarına və idarələrinə məcburi hicabla bağlı bəzi göstərişlər də verildiyi vurğulanır.

AzVision.az


Teqlər: BBC   hicab  





Xəbər lenti